Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.
"Kəpəz" "Neftçi"ni qəbul edib. Əzəli rəqiblərin oyunu gəncəlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində “Kəpəz” 9-cu yerdə qalsa da, sonuncu pillədəli “Səbail”lə arasındakı xal fərqinə 5-ə yüksəldib. "Neftçi" isə 27 xalla 6-cı yerdədir.
Misli Premyer Liqası
26-cı tur
5 mart
17:00. “Kəpəz” – “Neftçi” - 1:0
Qol: Şevroni Mabatşoev, 50
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Asiman Əzizli
Tovuz şəhər stadionu
4 mart
"Sabah” - “Araz-Naxçıvan” - 2:2
"Turan Tovuz” - “Zirə” - 0:2
3 mart
“Səbail” - “Şamaxı” - 0:2
“Sumqayıt” - “Qarabağ” - 0:2
Bizim.Media