AZ

2050-ci ilə qədər bu insanların 50 faizdən çoxu kökələcək

2050-ci ilə qədər dünyada yaşayan yetkin insanların yarıdan çoxu, uşaqların, yeniyetmələrin üçdə biri artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək.

Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə elmi məqalə “Lancet Journal” dərgisində nəşr olunub.

Araşdırma ümumilikdə dünyanın 200-dən çox ölkəsini əhatə edib. Alimlər kökəlmə prosesinin əsasən aşağı-gəlirli ölkələrdə getdiyini iddia edir.

2021-ci ilə qədər dünyada yaşı 25-dən çox olan bir milyarda yaxın kişi və 1.11 milyard qadın artıq çəki və piylənmədən əziyyət çəkib.

Seçilən
42
3
aznews.az

5Mənbələr