Kanadada bir kişi 65 il əvvəl törətdiyi qəzaya görə böyük məbləğdə cərimələnib.
News24.az avtosfer.az-a istinadən xəbər verir ki, Ossie Gildart adlı şəxs 1960-cı ildə baş vermiş avtomobil qəzasına görə 4600 Kanada dolları (indiki məzənnə ilə təxminən 5481 manat) ödəməli olacaq.
85 yaşlı kişi bildirib ki, hadisədən yalnız 2024-cü ilin dekabrında kiçik qəzaya düşəndən sonra xəbər tutub:
“Sürücülük vəsiqəm bu illər ərzində dəfələrlə yeniləyib. Nə cərimə, nə də 1960-cı ildə baş vermiş qəza ilə bağlı heç bir xəbərdarlıq almamışam”.
Yerli hakimiyyət orqanları, onun sürücülük hüququnu məhdudlaşdırıb və cərimə tam ödənilməyənə qədər də bərpa etməyəcəklərini bildiriblər.
