AZ

Liderlərin Natiqlik Qabiliyyəti və Siyasi İmicin Formalaşdırılması

Siyasət tariximiz boyunca insan cəmiyyətinin formalaşmasında və idarə olunmasında mühüm rol oynayan faktorlardan biri olub. Ən Qədim dövlətlərdən müasir demokratik quruluşa qədər hər bir dövrdə liderlər cəmiyyətin inkişafına,dövlətin güclənməsinə və beynəlxalq münasibətlərin inkişafına təsir göstəriblər. Liderlik təkcə idarəetmə və strategiya ilə bitmir, həmdə insanlara təsir etmə, onları bir araya gətirmə və məqsədlərə yönləndirmə bacarığını da özündə birləşdirir. Bu baxımdan, siyasətçilərin uğurlu olması üçün iki əsas factor əsas rol oynayır: natiqlik qabiliyyəti və siyasi imic.Siyasi liderin öz fikirlərini cəmiyyətə aydın və təsirli şəkildə çatdıra bilməsi onun uğur qazanmasında əsas faktorlardan biridir.İmic yalnız geyim tərzi və zahiri görünüş deyil, eyni zamanda liderin dəyərləri, davranışları, prinsipləri və ictimaiyyətlə qurduğu əlaqələrdən ibarətdir. Düzgün formalaşmış siyasi imic liderin cəmiyyətdə nüfuzunu artırır, onun xalq arasında populyarlığını möhkəmləndirir və seçkilərdə uğur qazanmasına yardım edir.Müasir dünyada informasiya texnologiyalarının və sosial medianın təsiri ilə liderlərin natiqlik və imic strategiyaları da dəyişməkdədir. Əvvəllər siyasi liderlər kütlə qarşısında çıxış edərək nüfuz qazanırdılarsa, bu gün televiziyalar, sosial şəbəkələr və rəqəmsal platformalar onların ünsiyyət vasitələrini tamamilə dəyişib. Liderlər artıq birbaşa xalqa müraciət etməklə yanaşı, sosial mediada aktiv olmaq, interaktiv ünsiyyət qurmaq və real vaxt rejimində cəmiyyətin reaksiyasını nəzərə almaq məcburiyyətindədirlərGüclü natiq olan siyasətçi kütləni öz arxasınca apararaq onların inamını qazana bilir.Natiqlik Qabiliyyətinin Əsas Elementləri dedikdə bir sıra faktorları göz önünə gətirmək vacibdir.İlk olaraq diksiyanın aydın və təsirli olmasıdır.Çünki Liderin nitqi anlaşılan və emosional təsir gücünə malik olmalıdır.Bir digər tərəfdən Bədən dili və jestlərdən də istifadə məcburdur çünki nitq zamanı göz təması, əl hərəkətləri və düzgün duruş auditoriyanı daha çox inandırır.İnamlı və səlis danışıq Özünə güvənən lider dinləyicilərə də öz ideyalarına inanmaq üçün stimul verir.Son olaraq məntiqi struktur və sadə dil.Nitqin ardıcıllığı və mürəkkəb ifadələrdən qaçmaq dinləyicilərin mesajı daha yaxşı anlamasına kömək edir.Natiqlik, yəni ictimaiyyət qarşısında təsirli danışıq bacarığı, siyasətçilərin ən mühüm xüsusiyyətlərindən biridir. Bir liderin nə qədər ağıllı, strateji düşüncəyə malik və təcrübəli olması vacib olsa da, öz fikirlərini açıq və inandırıcı şəkildə ifadə edə bilməzsə, cəmiyyətin dəstəyini qazanması çətinləşir. Çətin və anlaşılmaz cümlələrdən istifadə edilməsi auditoriya ilə ünsiyyəti çətinləşdirə bilər.Bədən dili və jestlər çıxış zamanı nitqin gücünü daha çox vurğulayır. Emosional təsir və motivasiya gücü – Uğurlu liderlər yalnız məntiqi arqumentlərə deyil, həm də emosiyalara toxunaraq insanları ruhlandırmağı bacarırlar.Lakin ümumi tarixə nəzər yetirsəkTarixdə bəzi liderlər öz natiqlik qabiliyyətləri ilə iz qoymuş və geniş kütlələri arxalarınca aparmışlar:Vinston Çörçill – Böyük Britaniyanın baş naziri olan Çörçill İkinci Dünya Müharibəsi zamanı etdiyi ruhlandırıcı çıxışlarla Britaniya xalqını səfərbər etmişdir. Onun “Biz heç vaxt təslim olmayacağıq” ifadəsi hələ də natiqliyin gücünü göstərən ən yaxşı nümunələrdən biri hesab olunur. Heydər Əliyev Azərbaycanın ümummilli lideri olan Heydər Əliyev siyasi natiqliyin ustalarından biri hesab olunur. Onun kütlə qarşısında çıxışları insanları birləşdirmə və ruhlandırma gücünə malik idi.Siyasi imic liderin cəmiyyətdə necə qəbul olunduğunu müəyyənləşdirən ən mühüm faktorlardan biridir. İmic yalnız zahiri görünüş deyil, eyni zamanda liderin şəxsiyyəti, dəyərləri, danışıq üslubu və ictimaiyyətlə münasibətləri ilə bağlı ümumi təəssüratdır.Siyasi liderlərin imicini formalaşdıran əsas elementlər vardır. Müasir dövrdə isə texnologiya və sosial medianın təsiri ilə liderlər daha geniş auditoriyalara müraciət edə bilir və öz imiclərini daha güclü şəkildə formalaşdıra bilirlər.Siyasət sahəsində uğur qazanmaq istəyən hər bir lider natiqlik bacarıqlarını inkişaf etdirməli və siyasi imicinin formalaşdırılmasına xüsusi diqqət yetirməlidir. Mənim fikrimcə, siyasətçi olmaq istəyən və ya ictimai rəyə təsir etmək istəyən hər bir şəxs natiqlik qabiliyyətini inkişaf etdirməli və öz siyasi imicini şüurlu şəkildə formalaşdırmalıdır. Nitq qabiliyyəti təkcə səlis danışmaqdan ibarət deyil, həm də auditoriyanı anlamaq, onların hisslərinə toxunmaq və doğru mesajları çatdırmaq bacarığıdır. Digər tərəfdən, siyasi imic təkcə görünüş və mediada təqdimatdan ibarət deyil, eyni zamanda liderin əməlləri, davranışları və xalqa olan münasibəti ilə formalaşır.Düşünürəm ki, uğurlu lider olmaq üçün həm natiqlik bacarığı, həm də siyasi imicin güclü olması vacibdir. Tarix göstərir ki, güclü natiq olmayan, lakin yaxşı siyasi imicə malik olan liderlər qısa müddətdə populyarlıq qazansalar da, uzunmüddətli uğur əldə edə bilmirlər. Eyni zamanda, tərsinə, yalnız yaxşı danışıq qabiliyyəti olan, lakin siyasi imicini düzgün formalaşdıra bilməyən liderlər də zamanla xalqın etibarını itirirlər. Buna görə də, siyasətlə məşğul olmaq istəyənlər bu iki sahədə davamlı olaraq öz üzərlərində çalışmalıdırlar.

Nəbiyeva Kəhlik

Azərbaycan Universiteti

II kurs rtələbəsi

Seçilən
21
herbiand.az

1Mənbələr