AZ

Qırğızıstanda terror hücumları planlaşdıran 30 nəfər saxlanılıb

Bakı. Trend:

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK)əməkdaşları hökumət məmurları, xüsusi xidmət və hüquq mühafizəorqanları əməkdaşlarına qarşı terror hücumları planlaşdıran 30nəfərdən ibarət dəstəni ifşa edib.

Trend xəbər verirki, bu barədə ölkənin yerli KİV-lər məlumat yayıb.

Məlumata görə, Qırğızıstan Respublikasının ərazisində gizliterror şəbəkəsinin 30 tərəfdarı saxlanılıb. Bu radikal qruplaşmanınbaşlıca məqsədi ölkənin konstitusyon düzəninə qarşı dırnaqarasıcihad törətmək, o cümlədən məmurlara, xüsusi xidmət və hüquqmühafizə orqanları əməkdaşlarına qarşı terror aktlarınınplanlaşdırılması olub.

İfşa olunan qruplaşma üzvləri anti-terror əməliyyatıçərçivəsində saxlanılıblar.

Məqalədə:
Seçilən
57
3
az.trend.az

7Mənbələr