Dünyanın ən aktiv vulkanlarından biri olan Havaydakı Kilauea vulkanı 2024-cü ilin dekabrından bəri 12-ci dəfə püskürüb.ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) yerli vaxtla saat 07:30-da Kilauea vulkanında püskürmənin baş verdiyini açıqlayıb.Açıqlamada vulkanın yerli vaxtla saat 14:00-da 45-60 metr hündürlükdə fasilələrlə lava püskürməyə başladığı bildirilib.Vulkanın aktiv qaldığı və vulkanik fəaliyyətlərin yaşayış məntəqələri üçün təhlükə yaratmadığı qeyd edilib.Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta