AZ

Fabio Kapello: “Lamin Yamaldan yeni Lionel Messi olmayacaq”

Məşhur italyan mütəxəssis Fabio Kapello “Barsleona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal haqda fikrini bildirib.

Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“O, böyük uğurlara nail olan bir oğlandır. O, “Barselona”da yeni başlayanda, deyirdilər ki, o, yeni Messidir, amma yox, o, müvafiq səviyyəyə çatmayacaq. O, fövqəladədir, əla, təsirlidir, yüksək səviyyəli oyunçudur, amma onun Messi dühası yoxdur”, deyə “Cənab Fleyta” ləqəbli məşhur Fabio Kapello vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 11 qol və 16 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 86 oyun, 18 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
41
2
arena.az

5Mənbələr