AZ

Başqalarına ümidli olan Ermənistanın şamı öləziməkdədir

Nə əldən qoyan, nə də ermənidən doymaq bilməyən Fransanın Hayastana dəstəyi işğalçı ölkədə daxili vəziyyəti gərginləşdirməkdən başqa bir şey deyil. Beləki, Makrona ümid bağlayan Ermənistanın yenə də şamsız qalacağı şübhəsizdir

İlan ili olan 2025-ci ilə elə adına uyğun hiyləgərliklə daxil olan Ermənistan ölkəmizə qarşı təxribatlarından, əsassız iddialarından əl çəkmir. Martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Ermənistanın əsgərləri həmişə olduğu kimi cavablarını aldılar. Bəs görəsən aranı qarışdırmaq üçün mütəmadi olaraq Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə təxribat törədən hayların dərdi nədir? «Erməni» sözünün açıqlaması bütün gizlinlərə aydınlıq gətirir. Mənfur niyyətlərini həyata keçirmək, bəhanələri üçün bilərəkdən təxribat törədən ermənilərin bu dəfəki dərdləri «binokl diplomatiyası» ilə bağlıdır. Ermənistanda qeyri-qanuni, beynəlxalq hüquq normalarına cavab verməyən Avropa İttifaqının (Aİ) mənfur, ermənisayaq «layihəsi» olan Mülki Müşahidə Missiyasının səlahiyyət müddəti başa çatmaq üzrə olsa da Cənubi Qafqaza «çağırılmamış qonaqlar» kimi daxil olan mavi gödəkcəlilər bölgəni tərk etmək istəmirlər. Elə buna görə də məkrli niyyətlərini davam etdirmək üçün guya Ermənistanın təhlükədə olduğu bəhanəsi ilə hələ ki, Hayastanda lövbər salırbar. Buna görə də sərhəddə atəşin ermənilər, yoxsa Aİ-nin «Sülh Fondu»ndan ayrılmış «yardımlarla» alınan silahlardan açıldığı müəmmalıdır. Çox qəribədir ki, sərhəddə atəşkəs pozulduğu məqamda Fransa Prezidenti Emmanuel Makronun erməni sevgisi zühur edir. Bu üzdəniraq dövlət başçısı mətbuata açıqlama verərək guya ermənilərin pozulan huquqlarının müdafiəsinə qalxır. Amma nə qədər gizlətsələr də erməni havadarlarının məqsədləri bəllidir: Aİ-nin Mülki Müşahidə Missiyasını Cənubi Qafqazda əbədilik saxlamaq. Silahlı təxribatları guya Azərbaycan tərəfindən törədildiyi görünğtüsü yaradan havadarlar hazırladıqları hesabatlarda bu vəziyyəti bölgədə siyasi sabitliyin pozulması kimi qələmə verirlər. Məqsəd guya Azərbaycan tərəfindən «məzlum ermənilərə» təzyiq görüntüsü yaratmaqdar Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin uzadılması üçün də bu «təxribatlar» işə yarayır. Azərbaycan dünyaya başqa cür, sanki atəşkəsi pozan tərəf kimi təqdim olunur. Ermənistanın yenicə qoşulduğu Beynəlxalq Cinayət Məhkəməsindən Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı istifadə üçün ssenarilər hazırlanır.

Bu kimi halların yolverilməz və sülhə təhdid olduğunu «Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü mümkün olan sülhü poza bilər» sözləri ilə bildirən Prezident İlham Əliyev bu kimi cəhdlərin qarşısının dərhal alınacağını bildirir.

İkinci Qarabağ müharibəsindən əvvəl status-kvo kimi sərsəm ideyalarını Mülki Müşahidə Missiyası ilə əvəzləyən, sülh sazişinin imzalanmaması üçün vaxt qazanmağa çalışan Ermənistan və havardalarının niyyətləri də ATƏT-in Minsk qrupu kimi gorbagor olacaq. Türkiyə ilə sərhəd – keçid məntəqəsinə guya erməni sərhədçilərinin nəzarət edəcəyi görüntüsü yaradan Ermənistan bu hiyləsini də gizlədə bilməyəcək. Rus əsgərləri Margara sərhəd – keçid məntəqəsindən çıxarılsa da onları missiya adı ilə fransız jandarmalarının əvəzləyəcəyi gizli deyil. Əslində Margara – Türkiyədə Alican sərhəd keçid-məntəqəsi hazırda fəaliyyət göstərmir. Çünki Ermənistan - Türkiyə sərhədləri bağlıdır. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyanın martın 1-dən sərhəd-keçid məntəqələrinə nəzarəti yalnız Ermənistan sərhəd qoşunları edəcək sərsəmləməsi boşbogazlıq, fikirləri başqa səmtə yönləndirmək cəhdidir.

Xatırladaq ki, 2024-cü ildə Rusiya İrəvanın Zvartnots beynəlxalq hava limanından və İranla sərhəd keçid məntəqəsindən öz sərhədçilərini çıxarıb. Nəinki illərlə, hətta əsrlərlə Rusiyanın köləsi kimi imperiyanın əlaltısı Ermənistanın ağalarına asiliyi hazırkı havadarlara dərs olmalıdır. Çünki bu toplumda sadiqlik, nəyəsə bağlılıq mövsümi xarakter daşıyan keyfiyyətlərdir. Tula payına göz dikən ermənilərin qarşıdakı illərdə Fransa, digər Aİ ölkələri ilə yaxınlaşması da «bağda ərik var idi» məsəlinə bənzəyir. Yəni, quyruqları qapı arasından çıxan kimi, haqqı- salama son qoyulacaq. Fransa bu ölkəyə hərbi, siyasi və iqtisadi yardımlar göstərərək ilk növbədə mənfur niyyətlərini həyata keçirməyə çalışır. Nikol Paşinyan hakimiyyəti ayaqda qalmaq üçün Fransaya sığınsa da Yelisey Sarayının hədəfi tamam başqadır. Cənubi Qafqazda geosiyasi üstünlük əldə etmək üçün ermənilərdən istifadə edən, hayları Rusiyaya qarşı qaldıran Fransanın özü dəstəyə möhtacdır. Hazırda dünya siyasətinin əsas problemi olan Rusiya –Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ABŞ-la Avropa arasındakı narahatlıqları daha çox hiss edən Aİ-nin əsas üzvlərindən olan Fransadır. ABŞ-a səfəri zamanı Prezident Donald Trampın Makronu stolun küncündə oturtması çox məqamlardan xəbər verir. İxtilafların istənilməyən məcrada davamından narahat olan Fransanın Ukraynanı unudub Ermənistana dayağından söz açmaq sadəlövhlükdür.

Makron ölkəsinin Cənubi Qafqaz regionuna nüfuz edib burada hökmranlıq etmək istiqamətində addımlar atsa da bölgədə söz sahibi olan Azərbaycan amili qarşısında acizdir. Azərbaycana təzyiq göstərməklə Ermənistana himayədarlıq etdiyini düşünən Fransa geosiyasi vəziyyətin dəyişdiyini unutmamalıdır. Tarixdən də bəllidir ki, ədalət həmişə gücün tərəfində olub. Yenə də bu hikmət həyatda təsdiqini tapacaq. Nə əldən qoyan, nə də ermənidən doymaq bilməyən Fransanın Ermənistana dəstəyi işğalçı ölkədə daxili vəziyyəti gərginləşdirməkdən başqa bir şey deyil. Beləki, Makrona ümid bağlayan Ermənistanın yenə də şamsız qalacağı şübhəsizdir.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
41
ikisahil.az

1Mənbələr