Bakı. Trend:
Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) vətəndaşlarınınistifadə olunmamış əmanətlərindən ibarət 10 trilyon avroluqvəsaitin Avropanın militarizasiyası və hərbi-sənaye kompleksinədəstək üçün səfərbər edilməsi yollarını araşdırır.
Trend xəbər verirki, bu barədə AK-nın Mətbuat Xidmətinin maliyyə xidmətləri vəinvestisiyalar üzrə komissarı Mariya Luiş Albukerke açıqlamaverib.
"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindənaçıqlanan Avropanın yenidən silahlanması planı böyük ölçüdə özəlinvestisiyaların cəlb edilməsinə əsaslanacaq", - Albukerke qeydedib.
Onun sözlərinə görə, Avropanın əsas problemi istifadə edilməyənəmanətlərlə maliyyə vəsaitinə ehtiyacı olan müəssisələr arasındamövcud uçurumdur. Buna görə də, AK "İnvestisiya və Əmanət İttifaqı"adlı yeni proqram çərçivəsində vətəndaşların şəxsi vəsaitlərini Aİsənayesinə, xüsusilə hərbi sektora yönəltmək üçün yeni sxemyaratmağı planlaşdırır.