AZ

ABŞ administrasiyası Ukraynaya ayrılan maliyyəni nəzərdən keçirir

ABŞ hökuməti Ukraynaya yardım üçün ayrılan vəsaiti nəzərdən keçirir.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

Bundan başqa Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının ötürülməsi üzrə əməkdaşlığı dayandırması ilə bağlı xəbərə də münasibət bildirən Livitt bunları deyib:

“Milli Təhlükəsizlik Şurası mənə Ukraynanın maliyyələşdirilməsini dayandırdıqlarını və nəzərdən keçirdiklərini söylədi.”

Livitt həmçinin ABŞ prezidenti Donald Trampın Ukraynada sülh sazişinə sadiq olduğunu deyib.

Seçilən
150
1
azpolitika.info

10Mənbələr