AZ

Krım tatarlarının mədəni irsi Xansaray təhlükədə

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın işğalı altında olan Krımın qondarma administrasiyası Krım tatarlarının saray memarlığının dünyada yeganə nümunəsi olan Xansarayı bərpa adı altında dağıtmağa davam edir. Bərpanı həyata keçirmək üçün təyin olunmuş inşaat işçilərinin köhnə suvaqla səhv salaraq tarixi divar rəsmlərini məhv etdikləri üzə çıxıb.

Hafta.az-ın yazdığına görə, bildirilib ki, tarixi divar rəsminin dağıdılmasına səbəb layihə sənədləri hazırlanarkən divar rəsmlərinin kifayət qədər ekspertizadan keçirilməməsi olub. Divar rəsmləri iş zamanı aşkar edilib, lakin "bərpa" adi rəssamlar tərəfindən aparıldığı üçün onlara divar rəsmləri olan bütün köhnə örtüyü yoxlamadan çıxarmaq tapşırılıb. Beləliklə, rusların düşünülməmiş hərəkətləri nəticəsində Krım-tatar mədəni irsinin daha bir hissəsi həmişəlik itirilib.

Krım tatarları üçün Xansaray təkcə memarlıq abidəsi deyil, həm də Krım xanlığının tarixinin, xalqının mədəniyyətinin və dövlətinin simvoludur. Kiyevdə düşünürlər ki, tarixi divar rəsminin dağıdılması sadə səhv deyil, bu, 11 il əvvəl Krımı işğal edən Rusiyanın Krım tatar xalqının mədəni irsini məhv etməklə Krım tatarlarının izlərini Krımda silmək məqsədi daşıyan siyasətinin tərkib hissəsidir.

Seçilən
32
hafta.az

1Mənbələr