AZ

Qrenlandiyanın baş naziri: “Biz amerikalı və ya danimarkalı olmaq istəmirik”

Yazını böyüt
Yazını kiçilt

Danimarka ABŞ prezidenti Donald Trampın Konqresə Qrenlandiya üzərində nəzarəti “bu və ya digər şəkildə” ələ keçirmək vədini rədd edib.

Hafta.az-ın yazdığına görə, Qrenlandiyanın Baş naziri Mute Bourup Egede verdiyi açıqlamada "Amerikalı və ya danimarkalı olmaq istəmirik" deyib.

Mute Egede yerli parlament seçkilərinə altı gün qalmış Facebook-da yazıb: “Amerikalılar və onların prezidenti bunu dərk etməlidir. Biz satılmırıq, bizi asanlıqla ələ keçirə bilməzsiniz".

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ictimai yayımçı DR-ə "Belə bir şey olmayacaq" deyib və əlavə edib ki, "Qrenlandiyalılar Qrenlandiyanın hansı yolla gedəcəyinə özləri qərar verəcəklər". Poulsen bəyan edib ki, Tramp Danimarkaya bağlı muxtar adanın sakinlərinin öz müqəddəratını təyin etməsini dəstəkləyir.

Konqresdəki çıxışında ABŞ prezidenti Donald Tramp ekspansionist iddialarını, xüsusilə bu və ya digər şəkildə nail olmağı planlaşdırdığı Qrenlandiya üzərində nəzarəti ələ keçirməsini vurğulayıb.

Xatırladaq ki, yanvarın 20-də Ağ Evə qayıtdıqdan sonra Konqresdəki ilk çıxışında Tramp deyib: “Bizə beynəlxalq qlobal təhlükəsizlik üçün Qrenlandiya lazımdır və düşünürəm ki, biz buna nail olacağıq. Bu və ya digər şəkildə adanı əldə edəcəyik".

Seçilən
71
hafta.az

1Mənbələr