AZ

Avropa kömək edə bilmədi: Zelenski Trampa təslim oldu

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdəki mübahisədən sonra Avropanın Kiyevə kömək edə bilməyəcəyini anlayaraq Donald Trampa təslim olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki, "Vətən" partiyasının üzvü İhsan Sefa bildirib.

“Trampla görüşdən sonra onu alqışlayan Avropanın alqışdan başqa dəstək verə bilməyəcəyini görən Zelenski ABŞ-a təslim oldu ”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də Zelenski Ağ Evdə Trampla görüşə gəlib. Siyasətçilər arasında söhbət davaya çevrilib. Tramp Zelenskiyə çoxsaylı şikayətlər edib və Ukrayna lideri Ağ Evi erkən tərk edib.

Seçilən
35
1
publika.az

2Mənbələr