AZ

"Barselona" altı ildən sonra ilk dəfə 1/8 finalda qapısını toxunulmaz saxlayıb

İspaniyanın "Barselona" klubu altı ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının 1/8 finalında qapısını toxunulmaz saxlayıb.

"Report" "Barca Universal"a istinadən xəbər verir ki, bu, Portuqaliyanın "Benfika" klubuna qarşı 1/8 finalın ilk matçda reallaşıb.

Sonuncu dəfə 2019-cu ildə "Liverpul"la (İngiltərə) 1/8 final mərhələsinin ilk matçında qapısını toxunulmaz saxlayan (3:0) "Barselona" cavab görüşündə İngiltərə təmsilçisindən 4 cavabsız qol buraxmışdı.

Qeyd edək ki, Lissabonda baş tutan görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 61-ci dəqiqədə Rafinya rəqib qapısından keçirib. Komandalar arasında cavab qarşılaşması martın 11-də baş tutacaq.

Seçilən
23
3
report.az

4Mənbələr