AZ

“Futbol belədir, sən oynayırsan, onlar qol vurur”

PSJ-nin futbolçusu Vitinya Çempionlar Liqasında “Liverpul”a uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 0:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyunu hamı gördü. Futbol belədir, sən oynayırsan, rəqib qol vurur. Çoxdan idi məğlub olmurduq. Qələbəyə layiq idik, çoxlu şanslarımız var idi. Hələ heç nə bitməyib. Növbəti matçda bütün gücümüzü ortaya qoymalıyıq. İnanıram ki, səfərdə qələbə qazanacağıq”.

Seçilən
41
futbolpress.az

1Mənbələr