Yaponiyanın Toyota şəhərində yerləşən və "Toyota Motor" üçün avtomobil hissələri istehsal edən "Chuo Spring" zavodunda güclü partlayış baş verib.
Bizim.Media bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir..
İnsident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
İlkin məlumata görə, partlayışa müəssisənin daxilindəki toz filtrindəki nasazlıq səbəb olub.
Hadisənin digər təfərrüatı hələlik məlum deyil.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta