Cənubi Koreya hərbi aviasiyasının döyüş təlimləri zamanı iki ədəd “KF-16” qırıcısının atdığı 4 ədəd raket paytaxt Seuldan 40 kilometr şimala düşüb.
APA “BBC”yə istinadən xəbər verir ki, nəticədə 7 nəfər yalanıb, habelə kilsə və 6 tikili dağılıb.
İnsident zamanı bir yük avtomobilinə də ziyan dəydiyi bildirilib.
Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisə ilə bağlı rəsmi məlumat yayıb. Qeyd olunub ki, dəymiş ziyana görə təzminat ödəniləcək.