AZ

Doğuş zamanı ana və körpəsi öldü

Gəncədə 41 yaşlı qadın və körpəsi doğuş zamanı ölüb.

Azreform.info “Report”a istinadən məlumatına görə, Gəncə şəhər sakini doğuş zamanı keçinib.

TƏBİB-dən bildirilib ki, bu gün səhər saat 05:00 radələrində 1984-cü il təvəllüdlü qadın ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.

Qeyd olunub ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
138
10
azreform.info

10Mənbələr