AZ

ABŞ Konqresinin rəsmisi sərxoş vəziyyətdə avtomobili ilə polis maşınına çırpılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun aparat rəhbəri Heyden Heyns idarə etdiyi avtomobili ilə polis maşınına çırpılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı mənbələrə istinadən məlumat verib.
Hadisə martın 4-də ölkə prezidentinin Konqresdəki çıxışından sonra baş verib. Heyns sərxoş vəziyyətdə avtomobil idarə etmək ittihamı ilə həbs edilib, lakin sonradan sərbəst buraxılıb. Consonun mətbuat katibi telekanala Nümayəndələr Palatasının sədrinin hadisədən xəbərdar olduğunu bildirib.
ABŞ Kapitol polisinin bəyanatına görə, spikerin baş köməkçisi gecəyarısı şəxsi avtomobili ilə park edilmiş avtomobilə çırpılıb. Hadisə yerinə polis əməkdaşları gəlib və sürücü həbs edilib.
Qeyd edək ki, Heyns uzun müddətdir respublikaçının etibarlı köməkçisidir. Conson 2023-cü ildə bu vəzifəyə gəldikdən sonra, spikerin aparat rəhbəri vəzifəsində çalışıb.
Seçilən
60
50
oxu.az

10Mənbələr