AZ

ABŞ Ukraynada HIMARS-ın rabitə kanalını kəsib...

ABŞ Ukraynada HIMARS yüksək hərəkətlilikli raket sisteminin hədəf almaq üçün rabitə kanalını bağlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Economist nəşrinin xarici müxbiri Oliver Carroll iddia edib.

Kiyev vaxtı ilə saat 14:00-da Amerika kəşfiyyatla əsas əlaqə kanalını kəsib. Bundan əvvəl, həmin əlaqə kanalı HIMARSın hədəflərini müəyyənləşdirib. Artıq Ukrayna uzaq məsafəyə zərbələr barədə real vaxt məlumatı almır”, deyə jurnalist sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində fasilə elan edildiyini bildirmişdi.

Öz növbəsində, Ağ Evin mətbuat katibi Karoline Levitt Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində fasilənin daimi və ya müvəqqəti olduğunu dəqiqləşdirməkdən imtina edib.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr