AZ

"Mikron" 2027-ci ilədək yoxa çıxacaq" - Medvedev Fransa liderini tənqdi edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu sərt sözlərlə tənqid edib.

Rusiyanı Avropa və Fransa üçün təhlükə yaratmaqda ittiham edən Makrona Medvedev sosial media hesabından cavab verib.

Makronun adını “Mikron” olaraq yazan Medvedev, “Mikronun özü təhlükə yaratmır. O, ən geci 2027-ci il mayın 14-də əbədi olaraq yoxa çıxacaq", -deyə yazıb.

Qeyd edək ki, Makron dünən xalqa müraciətində Rusiyanın 2030-cu ilə qədər 3000 tank və 300 döyüş təyyarəsi üçün 40 milyard avrodan çox hərbi vəsait xərcləyəcəyini və bunun Avropanın təhlükəsizliyinə təhdid yaratmağa davam etdiyini bildirib.

"AzPolitika.info"

Seçilən
54
2
azpolitika.info

5Mənbələr