AZ

AvtoVAZ yeni kommersiya avtomobili SKM brendini təqdim edir

AvtoVAZ konserni SKM kommersiya avtomobillərinin yeni markasını təqdim etdi.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Sərnişin və bütövlükdə metaldan hazırlanmış furqonlar, eləcə də açıq yük platformalı şassilər SKM brendi altında istehsal olunacaq”, – məlumatda deyilir.

Qeyd olunur ki, yeni avtomobillər yığcam ölçüləri və müasir texniki təchizatları ilə seçiləcək.

Bundan əvvəl AvtoVAZ yeni Lada İskra modelinin istehsalına başlama tarixini açıqlamışdı.

DOĞRU.AZ

Seçilən
40
dogru.az

1Mənbələr