AZ

Azərbaycandan Rumıniyaya məhsul ixracı 17 dəfədən çox artıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanla Rumıniya arasında ticarətdövriyyəsinin həcmi 115 milyon ABŞ dolları olub.

Trend-inDövlət Gömrük Komitəsinin məlumatlarına əsasən apardığıhesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 105,3 milyon ABŞ dolları və ya 12 dəfə çoxdur. Belə ki,2024-cü ilin yanvarında Azərbaycanla Rumıniya arasında ticarətdövriyyəsinin həcmi 9,7 milyon ABŞ dolları təşkil edib.

Ötən ay Azərbaycandan Rumıniyaya ixrac olunan məhsulların dəyəri106,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 100,1 milyon ABŞ dolları, yaxud da 17,5 dəfə çoxdur.2024-cü ilin yanvarında Azərbaycandan Rumıniyaya ixrac olunanməhsulların dəyəri 6,1 milyon ABŞ dolları idi.

Bəhs olunan dövrdə Rumıniyadan Azərbaycana idxal edilənməhsulların dəyəri 8,8 milyon ABŞ dollar təşkil edib ki, bu da,illik müqayisədə 5,1 milyon ABŞ dolları və ya 2,4 dəfə çoxdur.2024-cü ilin yanvar ayında Çexiyadan Azərbaycana idxal edilənməhsulların dəyəri 3,7 milyon ABŞ dolları olub.

Hesablamalardan aydın olur ki, yanvarda Azərbaycandan Rumıniyayaixrac edilən məhsulların dəyəri idxalı 97,4 milyon ABŞ dolları,yaxud da 12,1 dəfə üstələyir.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanla Rumıniyaarasındakı ticarət dövriyyəsinin həcmi 562,8 milyon ABŞ dollarıtəşkil edib. Bu ölkəyə ixracın həcmi 476,9 milyon ABŞ dolları,idxalın həcmi 85,9 milyon ABŞ dolları olub.

Seçilən
34
42
az.trend.az

10Mənbələr