Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Hər iki ölkə bir çox regional və qlobal layihələri birgə icra ediblər.Bu dəfə də növbəti belə layihənin açılışının şahidi olduq. Naxçıvanın energetik təhlükəsizliyi təmin edildi. Azərbaycanla Türkiyə həm ikitərəfli məsələləri müzakirə edir, hansı ki, Şuşa bəyannaməsi ilə bu münasibətlər təsdiqlənib. Eyni zamanda biz həm də Türkiyə ilə bir çox regional məsələlərin də həllində böyük rol oynayırıq. Qardaş Türkiyənin Suriyadakı rolunu yüksək qiymətləndiririk, Suriyanın qurulmasında Türkiyə ilə bərabər iştirakımızı bəyan etmişik. Türkiyə Güney Qafqazda sülhün bərqərar olunmasında ciddi töhfə verən ölkələrdən biridir. Hal-hazırda iki ölkənin münasibətləri həm də yaşadığımız dövrdə yeni çağırışlara da cavab verməlidir. Çünki dünyamız olduqca həssas və riskli bir dönəmə girməkdədir. Ona görə də Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonrakı inkişafına da ciddi ehtiyac var".
Zeynəb Rzayeva