AZ

“Oyunların Bakıda keçirilməsi bizə stimuldur” – Nərgiz Qurbanova

Azərbaycanın qadınlardan ibarət U-17 millisinin baş məşqçisi Nərgiz Qurbanova martın 12-18-də Bakıda təşkil olunacaq Avropa çempionatının 2-ci seçmə mərhələsinin qrup oyunları barədə danışıb.

İdmanxeber.az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında B Liqasının B qrupundakı ilk rəqibləri olan Lüksemburq yığmasını yaxşı tanıdıqlarını söyləyib: “İlk oyundakı rəqibimiz Lüksemburq artıq bizə tanışdır. Ötən Avropa çempionatının seçmə mərhələsində onlarla qarşılaşmışdıq. Həmin matçı təhlil etdik və səhvlərimizin üzərində işlədik. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, U-17 millimiz martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta yığması ilə qarşılaşacaq. Hər üç görüş “ASCO Arena”da keçiriləcək.

Seçilən
82
13
idmanxeber.az

10Mənbələr