AZ

Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB

Bu gün Ağdam rayonu ərazisində güclü partlayış səsləri eşidilməkdədir. Yerli sakinlərin sözlərinə görə, son günlərdə bu kimi hallar qeydə alınmadığı üçün vəziyyətdən narahat olublar.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, protokola uyğun olaraq, ənənəvi qaydada müvafiq qurumlara məlumat verərək minatəmizləmə fəaliyyəti davam etdirilir:

"Sadəcə olaraq, hava şəraitinə görə prosesə fasilə verildiyi üçün bu gün intensivlik müşahidə edilib".(oxu.az)

Seçilən
22
10
avtosfer.az

10Mənbələr