AZ

Laçında əmək yarmarkası keçiriləcək

Laçında

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası keçirəcək, “Ulusum”.az xəbər verir.Yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimi Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq. Tədbirdə bu il Laçında istifadəyə veriləcək Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim ediləcək.

Diqqət Çəkənlər

Zaur Kərimli: Musiqi Yolu ilə Böyük Uğurlara Doğru

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri işdən çıxarılıb

İlham Əliyev və Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində

Seçilən
59
9
ulusum.az

10Mənbələr