UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün daha 4 görüş reallaşıb.
Günün ilk matçı Niderlandda baş tutub. "İnter" rəqib meydanında "Feyenoord"u inamla yenib.
"Liverpul" qonaq qismində PSJ-ni, "Barselona" "Benfika"nı minimal hesabla üstələyərək 1/4 finala yüksəlmək şanslarını artırıblar.
"Bayern Münhen" isə evdə "Bayer Leverkuzen"i ağır məğlubiyyətə uğradıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-12-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
5 mart
“Feyenoord” (Niderland) – “İnter” (İtaliya) 0:2
Qollar: M.Türam, 38. Martines, 50.
PSJ (Fransa) – “Liverpul” (İngiltərə) 0:1
Qol: Elliot, 87.
“Bayern Münhen” (Almaniya) – “Bayer Leverkuzen” (Almaniya) 3:0
Qollar: Keyn, 9; 75-pen. Musiala, 54.
“Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) 0:1
Qol: Rafinya, 61.