AZ

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Bakı. Trend:

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobilyolunun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşənkörpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtomobilyolunun qeyd edilən hissəsində 08 mart 2025-ci il saat 10:00-danetibarən nəqliyyat vasitələrinin hərəkəti qismənməhdudlaşdırılacaq.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb.

Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədəolacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunanmüddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətliolmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinəvə yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",-məlumatda qeyd edilib.

Seçilən
10
17
az.trend.az

10Mənbələr