AZ

“Volkswagen” şirkəti məşhur elektromobil ID.3-ün yenilənmiş versiyasını təqdim edib

“Volkswagen” şirkəti Çində litium dəmir fosfat (LFP) akkumulyatorlu ID.3-ün yenilənmiş versiyasını təqdim edib. Bu barədə avtomobil istehsalçısının rəsmi saytında məlumat verilib.

LFP batareyası Çinin “Contemporary Amperex Technology” (CATL) şirkəti tərəfindən təmin edilir. O, 53,6 kVt/saat gücə malikdir və 451 km-ə qədər məsafəni təmin edir.

Yenilənmiş “Volkswagen ID.3” əvvəlki versiya ilə eyni mühərrikə malikdir. Avtomobilin xarici görünüşü də dəyişməyib. Lakin onun interyeri müəyyən dəyişikliklərə məruz qalıb - indi o, daha premium görünür.

Mərkəzi idarəetmə ekranı 10-dan 12,9 düymədək artırılıb. Mərkəzi tunel simsiz şarj cihazı və iki fincan tutucusu ilə təchiz olunub. Çin bazarında yenilənmiş avtomobilin qiymətləri 16500 dollardan (təx.28050 manat-red.) başlayır.

Qeyd edək ki, ID.3 “Volkswagen”-in ilk seriyalı elektrik avtomobili olub. Avtomobilin rəsmi təqdimatı 2019-cu ilin sentyabrında Frankfurtda keçirilən beynəlxalq avtosalonunda baş tutub. Elektromobilin əsasını MEB (Modularer E-Antriebs-Baukasten) platforması təşkil edir.

Almaz Həsənli

Seçilən
42
oxumeni.az

1Mənbələr