AZ

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi auditor seçir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 157 manatdır.

İddiaçılar təkliflərini martın 19-na qədər agentliyə təqdim edə bilərlər.

Təkliflərə martın 19-da, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Qurum qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. 

Seçilən
32
report.az

1Mənbələr