AZ

Sovet imperiyasının xiffəti ilə yaşayan adam...

Sankt-Peterburqun sabiq meri Anatoli Sobçakın anım günündə onunla bağlı danışan Kremlin hazırkı rəhbəri Vladimir Putin vaxtilin Sobçakın katibi, köməkçisi olduğu günlərini və onunla keçmiş SSRİ haqqında söhbətini xatırlayaraq kövrəlib.

Hərçənd ki, Putinin kövrəlməsi timsahın saxta göz yaşlarına bənzəyir. Ancaq bu da danılmaz bir faktdır ki, bu adam hər fürsətdə keçmiş Sovetlər İttifaqının parçalanıb dağılmasını "geosiyasi fəlakət" kimi təqdim edir.

Və eyni zamanda, SSRİ-nin yeni formatda bərpa olunması üçün əlindən gələni əsirgəmir.

ABŞ-Rusiya münasibətlərində yaxınlaşmanın başlaması və Trampın Rusiyaya "fövqəldövlət" statusunun verilməsi və dünyanın ABŞ, Rusiya, Çin arasında nüfuz zonalarına bölüşdürülməsi planı ilə bağlı söhbətlərin ortaya çıxması Putinin postsovet ölkələrini SSRİ-2 "çətir"i altında birləşdirmək ümidlərini yenidən gücləndirib.

Bu mənada Putlerin "kövrəlmə" səhnəsini nümayiş etdirməsi heç də təsadüfi deyil.

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
54
visiontv.az

1Mənbələr