AZ

Növbəti köç karvanı Ağdərəyə çatıb, mənzillərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB-1 - VİDEO

Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub.

APA xəbər verir ki, açarların təqdim edilməsi mərasimində, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd olunub ki, bu gün Həsənriz kəndinə 25 ailə, 75 nəfər köçürülüb.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, işğaldan sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanıb. Artıq kəndə 50 ailə köçürülüb. Bundan sonra da köç mərhələli şəkildə həyata keçiriləcək.

Hazırda kənddəki fərdi yaşayış evlərində təmir işləri həyata keçirilir. Qısa zamanda Həsənriz kəndi elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Burada insanların yaxşı yaşaması üçün bütün zəruri infrastruktur qurulub.

Ağdərə sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

***

13.18

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Həsənriz kəndinə bu mərhələdə 25 ailə - 75 nəfər köçürülüb.

***

11.26

Ağdərə rayonuna növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Martın 6-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.

Həsənriz kəndinə bu mərhələdə 25 ailə - 75 nəfər köçürülür.

Sakinlərin minnətdarlığı

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Seçilən
148
4
apa.az

10Mənbələr