AZ

Politico: “Tramp Aİ-ni dağıtmaq istəyir”

AzVision.az xəbər verir ki, məndələrə istinad edən “Poltico” qəzeti belə məlumat yayıb.

"ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Münhen Təhlükəsizlik konfransındakı çıxışı Vaşinqtonun hazırkı Aİ-ni zəiflətmək, daha çox Vaşinqtonun maraqlarına yönəlmiş və mühafizəkar fikirlərə sadiq qalan yeni birlik yaratmaq istəyini açıq şəkildə göstərir”, - Luvendəki Kaliforniya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru və ABŞ-Avropa münasibətləri üzrə ekspert Tanq Struye de Sviland iddia edib.

Bloomberg:“Transatlantika alyansı Münhendə öldü”
“Politico” nəşri bildirir ki, bəzi avropalı analitiklər Vaşinqtonun hərəkətlərini populist və millətçi qüvvələrə dəstək strategiyası kimi qiymətləndirirlər. Onların fikrincə, Ağ Ev Aİ-ni hər bir ölkənin ABŞ-dən daha çox asılı olacağı konfederasiyaya çevirmək niyyətindədir.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Münhen Təhlükəsizlik konfransında Avroa liderlərini sərt şəkildə tənqid etməsindən sonra “Bloomberg” agetnliyi Transatlantika alyansının öldüynünü yazmışdı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
46
azvision.az

1Mənbələr