Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda “Dragoneye-2” termal kamerasının qəbul fəaliyyətini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd edək ki, ASELSAN şirkəti tərəfindən hazırlanmış “Dragoneye-2” termal kamerası sərhəd təhlükəsizliyi sahəsində istifadə olunmaq üçün nəzərdə tutulub. Gecə-gündüz və zəif görmə şəraitində kəşfiyyat-müşahidə missiyalarını yerinə yetirə bilən “Dragoneye-2” istifadəçiyə sürətli və yüksək hədəf aşkarlama qabiliyyəti təmin edir.