AZ

Yol qazılıb, lakin heç bir iş görülmür – Sumqayıtdan ŞİKAYƏT

Sumqayıt şəhəri, Kamran Hüseynov küçəsində yol kənarında qazılan quyu sakinlərin narazılığına səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə onlar tərəfindən Oxu.Az-a şikayət ünvanlanıb.

Sözügedən küçədə hansı iş görüldüyü, quyunun nə məqsədlə qazıldığı məlum deyil.

Məlumata görə, martın 1-dən bu günə qədər qazıntı aparılmış ərazidə işlərin davam etdirilməsi istiqamətində hər hansı bir tədbir görülməyib.

Qeyd edilən problem qalmaqda davam edir.

Məsələ ilə bağlı Oxu.Az Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb, lakin cavab almaq mümkün olmayıb.

Ərazidən görüntünü təqdim edirik:

Seçilən
151
1
konkret.az

10Mənbələr