AZ

Elçin Məsiyev: “Bu, bizə güvəndiklərini göstərir”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alan FIFA referisi Elçin Məsiyev bununla bağlı AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, referi bunun çox vacib bir təyinat olduğunu və sevinc hissi duyduğunu bilə gətirib:

 

“Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir. Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.

Zamiq oynadı, komandası qalib gəldi

"Barselona" son 6 ildə ilk dəfə bunu bacarıb

Azər Bağırov: “Bəlkə biz istefaya getdik, bilmək olmaz”

Samir Abasov: “İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?”

“Neftçi”dən kritik xal itkisi - YENİLƏNİB

Seçilən
69
11
apasport.az

10Mənbələr