AZ

FIFA Klublararası Dünya Çempionatından 2 milyard qazanacaq


2025-ci il Klublararası Dünya Çempionatının ümumilikdə nə qədər gəlir gətirəcəyi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” internet nəşri məlumat yayıb.
Məlumata görə, FİFA turnirə ev sahibliyi etdiyi üçün təxminən 2 milyard dollar qazanacaq. İştirakçı komandalar isə ümumilikdə təxminən 1 milyard dollar alacaq.
Qeyd edək ki, 2025-ci ildə Klublararası Dünya Çempionatı ABŞ-də keçiriləcək. Turnir iyulun 15-də başlayacaq. İlk oyunda ABŞ-nin “İnter Mayami” klubu Misirin “Əl Əhli” klubu ilə qarşılaşacaq.
Turnirdə yarışa başlayan ilk Avropa komandası isə həmin gün Yeni Zelandiyanın “Oklend Siti” klubu ilə qarşılaşacaq “Bayern Münhen” klubu olacaq.
Seçilən
35
1
yeniavaz.com

2Mənbələr