AZ

Yaponiyadan Zelenskiyə çağırış: Bu halda müharibə Rusiyanın xeyrinə olacaq

Yaponiyanın baş naziri Şiqeru İşiba deyib ki, Ukrayna ABŞ-ın köməyi olmadan döyüşə bilməyəcəyini başa düşməlidir.

Publika.az xəbər verir ki, baş nazir Ukrayna münaqişəsi ilə bağlı G7 çərçivəsində ABŞ və Avropa arasında mövqe fərqlərinin olduğunu etiraf edib.

Şiqeru İşiba parlamentin yuxarı palatasının büdcə komitəsindəki çıxışında bunları deyib:

“Ukrayna indi döyüşə bilirsə, bu, yalnız ABŞ-ın silah yardımı sayəsindədir. Həmçinin, ABŞ-dan gələn kifayət qədər məlumat sayəsindədir. Əgər ABŞ-dan silah və informasiya dəstəyi kəsilərsə, müharibə Rusiyanın xeyrinə olacaq. Ukrayna başa düşməlidir ki, ABŞ-ın yardımı olduğu üçün mübarizə aparmağa qadirdir. Böyük Britaniya və Fransaya gəldikdə, düşünmürəm ki, onlar bunu təkbaşına ABŞ olmadan başa çatdıra bilsinlər. G7 daxilində ABŞ və Avropa arasında mövqe fərqi hiss olunur. Ölkəmiz ABŞ-ın davamlı iştirakını təmin etmək üçün bir yol tapmaq üçün çox çalışacaq”.

Seçilən
17
publika.az

1Mənbələr