AZ

İğdır-Naxçıvan qaz kəmərinin açılışı iki qardaş ölkə arasında mühüm tarixi əhəmiyyətə malik bir hadisədir - Afət Həsənova

Bakı. Trend:

Prezident İlham Əliyevin Ankaraya işgüzar səfəri iki ölkəarasında dostluq və qardaşlıq münasibətlərinin daha damöhkəmlənməsi və yeni bir mərhələyə çıxmasına imkan verir.

Trendxəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənovadeyib.

Deputat bildirib ki, səfər çərçivəsində İğdır-Naxçıvan qazkəmərinin açılışı iki qardaş ölkə arasında mühüm tarixi əhəmiyyətəmalik bir hadisədir:

“İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatınınşaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığınıaradan qaldırmış olacaq ki, bu da qardaş ölkənin mühüm birtöhfəsidir. Xatırladım ki, Azərbaycan və Türkiyə arasındaİğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşmamemorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Borukəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qazötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qazatələbatı tamamilə ödəniləcək”.

Deputat vurğulayıb ki, iki qardaş ölkənin birgə həyata keçirdiyilayihələr regionun inkişafı baxımından olduqca önəmlidir:

“Bu layihələrdən Bakı-Tbilisi-Qars dəmir yolunu nümunə göstərməkolar. Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərininvideobağlantı formatında açılışında çıxışı zamanı bildirdi ki, "bugün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yoluçox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün, həm də dahageniş coğrafiya üçün, xüsusilə Türk dünyasını birləşdirmək üçün bunəqliyyat xəttinin çox böyük mənası var, çox böyük faydasıvar"”.

Deputat vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındaəlaqələrin möhkəmlənməsi və birgə layihələrin həyata keçirilməsiümumilikdə bütün Türk dünyası üçün vacib əhəmiyyət daşıyır.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr