AZ

Trampın ətrafı Kiyevdə gizli görüşlər keçirib

Trampın

Avropanın “Politico” nəşri Ali Radanın üç deputatına və ABŞ Respublikaçılar Partiyasının adı açıqlanmayan xarici siyasət ekspertinə istinadən yazır ki, Amerika lideri Donald Trampın ətrafındakı dörd siyasətçi Ukrayna prezidenti Vlodimir Zelenskinin bir sıra aparıcı siyasi opponentləri ilə gizli danışıqlar aparıb, “Ulusum”.az xəbər verir.Görüşlər Kiyevdə, xüsusən də ölkənin keçmiş baş naziri Yuliya Timoşenko və Avropa Həmrəyliyi partiyasının əsas simaları ilə baş tutub.Xəbərdə deyilir ki, Donald Trampın ətrafındakı dörd yüksək vəzifəli şəxs Kiyevdə Vladimir Zelenskinin bəzi aparıcı siyasi opponentləri ilə gizli danışıqlar aparıb.Danışıqların mühüm mövzularından biri də Ukrayna ərazisində prezident seçkilərinin məcburi keçirilməsidir. Ehtimal olunur ki, danışıqlarda iştirak edən ukraynalı siyasətçilər daha mülayimdirlər və yeni Amerika liderinin administrasiyası ilə dil tapacaqlar.Görüşlər Ağ Evdə Zelenski ilə Tramp arasında ictimai mübahisədən sonra baş tutub. Tərəflər Ukrayna böhranının həlli ilə bağlı razılığa gəlməyiblər. Kiyevdən gələn nümayəndə heyəti Vaşinqtonu erkən tərk edib.

Diqqət Çəkənlər

Zaur Kərimli: Musiqi Yolu ilə Böyük Uğurlara Doğru

İlham Əliyev və Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində

Florida oğrusu 500 min dollarlıq sırğaları udaraq qaçmağa cəhd edib

Seçilən
25
ulusum.az

1Mənbələr