"Bavariya" bu gün Yozua Kimmixin müqaviləsinin uzadılması ilə bağlı yekun qərarını verəcək.

Offsideplus.az xəbər verir ki, klubun nəzarət şurası, Max Eberl və Kimmix arasında əldə olunan razılığı təsdiqləmək üçün səsvermə keçirəcək.

Kimmix "Bayer" üzərində 3-0 hesablı qələbədən sonra açıqlamasında müqavilə məsələsinə toxunub. O, bunları deyib:

"Mən beynəlxalq fasilədən əvvəl qərarımı verməyi planlaşdırırdım, amma klub bunu istəmədi. Onlar mənə çox vaxt verdilər və bunu qiymətləndirirəm. Klub indi iki "Bayer" matçı arasında qərar qəbul etməyi istəyir. Dəqiq nə vaxt olacağını bilmirəm, amma ən gec beynəlxalq fasiləyə qədər qərar veriləcək."

Digər tərəfdən bəzi mənbələr qeyd edir ki, PSJ Kimmixə 2029-cu ilə qədər davam edəcək müqavilə təklif edib. Lakin 30 yaşlı yarımmüdafiəçi hələlik bu təklifi qəbul edib-etmədiyini açıqlamayıb.

Son bir həftədə Kimmixin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. "Bavariya" daha əvvəl ona təklif etdiyi müqaviləni geri götürmüşdü. Lakin ehtimal var ki, bütün bu danışıqlara baxmayaraq, Kimmix Münhendə qalmaq qərarına gəlsin.