Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimləri və tələbələr universitetin şəhid məzunu Ataməli Musaoğlunun məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüblər.
Bu barədə Herbiand.az-a BDU-dan məlumat verilib.
Ataməli Musaoğlu 2012-ci ildə yüksək balla BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasına qəbul olunub. 2020-ci il sentyabrın 27-də könüllü olaraq cəbhəyə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin baş kəşfiyyatçısı olan Ataməli Musaoğlu oktyabrın 16-da Ağdərə döyüşləri zamanı yaralı dostunu xilas edərkən şəhidlik zirvəsinə ucalıb.