Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
Gundem.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçikhəcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.