AZ

Türkiyə və İtaliya birlikdə PUA istehsal edəcək

BAKI,TurkicWorld

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı Baykar ilə Avropanın ən böyük müdafiə sənayesi şirkətlərindən biri olan Leonardo arasında pilotsuz texnologiyalar sahəsində tərəfdaşlıq anlaşması imzalanıb.

TurkicWorld xəbər verir ki, Leonardo-nun İtaliyanın paytaxtı Romadakı baş ofisində Leonardo-nun baş icraçı direktoru (CEO) Roberto Çinqolani, Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və Baykar-ın baş direktoru Haluk Bayraktar anlaşmaya imza atıblar.

Daha sonra Çinqolani, Selçuk Bayraktar və Haluk Bayraktar Roma Xarici Mətbuat Dərnəyində birgə mətbuat konfransı keçiriblər.

Çinqolani açıqlamasında, mürəkkəb bir dövrdən keçdiklərini və bugünkü anlaşmanın son 5 ayda aparılan intensiv işlərin nəticəsi olduğunu bildirib.

Çinqolani razılaşmanın 5 illik olduğunu, lakin daha dərin bir əməkdaşlıq perspektivi vəd etdiyini vurğulayaraq, "Bu, böyük bir nəticədir" ifadəsini işlədib.

O, İstanbulda Baykar-ın istehsalat müəssisələrinə etdiyi səfərdən çox təsirləndiyini və Baykar-ın geniş çeşidli pilotsuz uçuş aparatlarına sahib olduğunu qeyd edib.

Selçuk Bayraktar hər iki şirkətin bir-birini tamamlayan xüsusiyyətlərə sahib olduğunu vurğulayıb.

"Birlikdə ən yaxşı sistemləri qura bilərik. Göstərdikləri əməkdaşlığa görə təşəkkür edirik. Bu yola çıxmaqdan böyük məmnunluq duyuruq",- deyə Bayraktar bildirib.

Razılaşmaya əsasən, iki şirkət Türkiyə və İtaliyada birgə istehsal həyata keçirəcək. Baykar və Leonardo, Avropada pilotsuz uçuş aparatları bazarının gələcək 10 il ərzində 100 milyard dollar həcmində böyüyəcəyini proqnozlaşdırır.

Seçilən
31
turkic.world

1Mənbələr