Bakı. Trend:
Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manatayaxın sığorta ödənişi nəzərdə tutulub.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumatyayıb.
Bildirilib ki, məlum olduğu kimi, cari ilin 21 fevral – 2 marttarixləri aralığında ölkə ərazisində qeydə alınan intensiv qarlı vəşaxtalı hava şəraiti nəticəsində bir sıra hadisələr qeydəalınıb.
"Bildirmək istəyirik ki, sözügedən hadisələr nəticəsindəsığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmazəmlaklara zərər dəymişdir.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığortabazarı iştirakçılarından aldığımız bu günə olan son dəqiqməlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmışavtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlıümumilikdə 4 414 müraciət daxil olub.
Bu müraciətlərin 3721-i “Avtonəqliyyat vasitəsi sahiblərininmülki məsuliyyətinin icbari sığortası” növü, 676-sı “Kasko” sığortanövü, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə başvermiş hadisələr ilə əlaqədar olub.
Sektordan aldığımız məlumata görə, 3215 hadisə üzrə ehtimalolunan zərər məbləği 2 milyon 708 min 396 manathəcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərərqiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütünmüraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsimərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisəüzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək istəyirik ki, sığorta şirkətlərinə daxil olmuşmüraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydəalınıb", - qurumdan qeyd olunub.