AZ

Zəncəfillə qatıq 38 yaşlı kişinin ölümünə səbəb oldu

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.

Ölkə.az "Qafqazinfo"ya istinadən məlumata görə, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.

Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir. 

İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 24 fevral saat 10:33 radələrində qida şübhəsi ilə 1 nəfər (kişi cinsli) Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib.

1987-ci il təvəllüdlü şəxsə "Digər xoralı kolitlər" diaqnozu təyin edilib.

Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Seçilən
107
10
olke.az

10Mənbələr