AZ

Rusiyada miqrantları saxta nikahla evləndirən azərbaycanlı həbs edilib –VİDEO

Surqutda miqrantlar üçün saxta nikahlar təşkil edən azərbaycanlı həbs edilib.

AzPost bildirir ki, ötən gün təhlükəsizlik qüvvələri 31 yaşlı soydaşımızı qanunsuz miqrasiyanı təşkil etməkdə şübhəli bilinərək saxlayıb.

İstintaqın məlumatına görə, o, 2023-cü ilin avqustundan 2024-cü ilin may ayına qədər ən azı dörd Azərbaycan vətəndaşı üçün saxta nikah sənədi düzəldib.

Saxta nikaha “hə” deyən Rusiya pasportu olan gəlinlər sxemdə iştirak etdikləri üçün 40-50 min rubl alıblar.

Şübhəli şəxs barəsində cinayət işi açılıb, onu 5 ilə qədər həbs gözləyir.

Seçilən
23
azpost.info

1Mənbələr