BAKI, TurkicWorld
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Cənubi Koreyanın hazırkı doğum səviyyəsi qorunarsa, əhalisinin 60 il ərzində yarıya qədər azalacağını proqnozlaşdırıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, OECD-nin “Cənubi Koreyanın Doğulmamış Gələcəyi” adlı hesabatına görə, ölkə 2023-cü ildə 0,72 doğum nisbəti ilə dünyanın ən aşağı doğum səviyyəsinə malik ölkəsi olub.
Hesabatda vurğulanıb ki, əhalinin yaşlanma sürəti artır və 2082-ci ilə qədər 65 yaş və daha yuxarı olanlar ümumi əhalinin 58%-ni təşkil edə bilər.
Cənubi Koreyada doğum səviyyəsinin azalması əsasən yüksək təhsil xərcləri, uzun iş saatları və iş-ailə balansının çətinliyi ilə əlaqələndirilir.
Cənubi Koreya Daxili İşlər Nazirliyi 2024-cü il dekabrın 24-də ölkənin “super yaşlı cəmiyyət” kateqoriyasına daxil olduğunu açıqlayıb. Hazırda əhalinin 20%-i 65 yaşdan yuxarıdır.
Bununla belə, 2024-cü ildə doğulan körpələrin sayı son 9 ildə ilk dəfə artıb və doğum nisbəti 0,72-dən 0,75-ə yüksəlib.