AZ

Rumıniyada dövlət çevrilişinə cəhd edən 6 nəfər saxlanılıb

Rumıniyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə martın 6-da Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə üzrə Milli İdarəsi (DIICOT) məlumat yayıb.

Hüquq-mühafizə orqanları iddia edir ki, onlardan beşi 2023-cü ildən Rumıniya dövlətinin “suverenliyinə və müstəqilliyinə xələl gətirmək” üçün cinayətkar qruplaşmada birləşib. 2024-cü ildə daha bir şübhəli qrupa qoşuldu və qrupun bütün üzvləri həm Rumıniyada, həm də Rusiyada yerləşən xarici dövlət agentləri ilə əlaqə saxlayıblar.

Hərbi struktura istefada olan general-mayor rəhbərlik edib. İstintaq müəyyən edib ki, qrup insanları onlayn vasitəsilə işə götürür, həmçinin Rumıniyanın NATO-dan çıxması, hökuməti dəyişdirməsi və yeni konstitusiya qəbul etməsi üçün lobbiçilik edirmiş.

"Yanvar ayında təqsirləndirilənlərdən ikisi Moskvaya gedib və orada təşkilatın Rumıniyada dövlət hakimiyyətini ələ keçirmək səylərini dəstəkləmək istəyən insanlarla əlaqə saxlayıblar", - departamentdən bildiriblər.

Martın 6-da məhkəmə 4 təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi, daha iki nəfərin isə ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxıb.

Saxlanılanlardan biri 101 yaşlı istefada olan general Radu Teodorudur.


Xəbər 7 dəfə oxunub.
Seçilən
34
xezernews.az

1Mənbələr